Səssiz-Səmirsiz lyrics

by

Namiq Qaraçuxurlu


[Bənd 1]
Qəribə bir külək məni oyadıb
Gəlirəm əlimi sənə uzadıb
Təbiət bizləri qoşa yaradıb
Sən böyük bir sahil, mən coşqun dəniz
Nə desən, baş üstə, səssiz-səmirsiz!
Nə desən, baş üstə, səssiz-səmirsiz!

[Bənd 2]
İstədim ayrılım bu çağlarımdan
Getsin eşq havası qulaqlarımdan
Gördüm yaş süzülür yanaqlarımdan
Bildim hara getsəm, qalacaq bu iz
Nə desən, baş üstə, səssiz-səmirsiz!
Nə desən, baş üstə, səssiz-səmirsiz!

[Bənd 3]
Sevgilim, nə olar dinmə, danışma
Açıb həqiqəti, yanma, alışma
Bu yol hara gedir, məndən soruşma
Bu sual o qədər qəlizdir, qəliz
Nə desən, baş üstə, səssiz-səmirsiz!
Nə desən, baş üstə, səssiz-səmirsiz!

Nə desən, baş üstə, səssiz-səmirsiz!
Nə desən, baş üstə, səssiz-səmirsiz!
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net