Meyxana lyrics
by Namiq Qaraçuxurlu
[Nəqərat: Namiq Qaraçuxurlu, Amina]
Bədahətən deyilən sözdür, şüardır meyxana
Bizə qədmidən qalıbdır, yadigardır meyxana

Yadigardır meyxana, yadigardır meyxana
Yadigardır meyxana, yadigardır meyxana, hey
[Bənd 1: Amina]
İçində möcüzələr doludur ədəbiyyatımızın
Bu sənət də çox incə yoludur ədəbiyyatımızın
Folklor janrıdır, bir qoludur ədəbiyyatımızın
Ora daxildir, sanmayın ki, kənardır meyxana
[Nəqərat: Amina]
Bədahətən deyilən sözdür, şüardır meyxana
Bizə qədmidən qalıbdır, yadigardır meyxana
Bədahətən deyilən sözdür, şüardır meyxana
Bizə qədmidən qalıbdır, yadigardır meyxana
[Bənd 2: Namiq Qaraçuxurlu]
Deyilən meyxanalar hər biri təbdən yaranıb
Çox suallar verilir, hansı səbəbdən yaranıb?
Kökünü xırdalasaq, zatı ərəbdən yaranıb
Bu səbəbdən əruzla əlaqədardır meyxana
[Nəqərat: Namiq Qaraçuxurlu]
Bədahətən deyilən sözdür, şüardır meyxana
Bizə qədmidən qalıbdır, yadigardır meyxana
Bədahətən deyilən sözdür, şüardır meyxana
Bizə qədmidən qalıbdır, yadigardır meyxana
[Bənd 3: Amina]
Deyilən meyxanan şah beyti qafiyədir
Deməyə növbə çatıb, müddəti az saniyədir
Təb olmasa, şairin deməyə ixtiyarı nədir?
Təbin gələndə isə biixtiyardır meyxana
[Nəqərat: Amina]
Bədahətən deyilən sözdür, şüardır meyxana
Bizə qədmidən qalıbdır, yadigardır meyxana
Bizə qədmidən qalıbdır, yadigardır meyxana
Bu səbəbdən əruzla əlaqədardır meyxana
[Bənd 4: Namiq Qaraçuxurlu]
Mən də, həmkarlarım da birdir bizim niyyətimiz
Deyirik meyxananı – xalqa budur xidmətimiz
Qoymarıq ki, əzilə, tapdalana sənətimiz
Nə qədər ki biz varıq, bizimlə vardır meyxana
[Nəqərat: Namiq Qaraçuxurlu]
Bədahətən deyilən sözdür, şüardır meyxana
Bizə qədmidən qalıbdır, yadigardır meyxana
Bədahətən deyilən sözdür, şüardır meyxana
Bizə qədmidən qalıbdır, yadigardır meyxana
[Çıxış: Amina]