Sevgi Nağılımız lyrics

by

Xanım İsmayılqızı



[Bənd 1]
Ağ atın üstündə gələydim sizə
Yamacdan, çəməndən gül üzə-üzə
Ağ atın üstündə gələydim sizə
Yamacdan, çəməndən gül üzə-üzə

Nə gündüz olaydı, nə də ki gecə
Nə gündüz olaydı, nə də ki gecə
Zamanın ölçüsü bilinməyəydi
Sevgi nağılımız tükənməyəydi
Zamanın ölçüsü bilinməyəydi
Sevgi nağılımız tükənməyəydi

[Nəqərat]
Cənnətə dönəydi sehrli aləm
Nə kədər olaydı, nə də ki ələm
Cənnətə dönəydi sehrli aləm
Nə kədər olaydı, nə də ki ələm

Məhəbbət dastanı yazaydı qələm
Üfüqlər itəydi, qəm-kədər gedəydi
Üfüqlər itəydi, qəm-kədər gedəydi

Sevgi nağılımız tükənməyəydi
Sevgi nağılımız tükənməyəydi
Sevgi nağılımız tükənməyəydi
Sevgi nağılımız tükənməyəydi
[Bənd 2]
Ülvi arzularım aşıb-daşaydı
Dəryalar adlayıb dağlar aşaydı
Ülvi arzularım aşıb-daşaydı
Dəryalar adlayıb dağlar aşaydı

Könül pərvanətək hey dolaşaydı
Könlün pərvanətək hey dolaşaydı
Hüsnün atəşinlə çəkilməyəydi
Sevgi nağılımız tükənməyəydi
Hüsnün atəşinlə çəkilməyəydi
Sevgi nağılımız tükənməyəydi

[Nəqərat]
Cənnətə dönəydi sehrli aləm
Nə kədər olaydı, nə də ki ələm
Cənnətə dönəydi sehrli aləm
Nə kədər olaydı, nə də ki ələm

Məhəbbət dastanı yazaydı qələm
Üfüqlər itəydi, qəm-kədər gedəydi
Üfüqlər itəydi, qəm-kədər gedəydi

Sevgi nağılımız tükənməyəydi
Sevgi nağılımız tükənməyəydi
Sevgi nağılımız tükənməyəydi
Sevgi nağılımız tükənməyəydi
[Çıxış]
Sevgi nağılımız...
Sevgi nağılımız...
Sevgi nağılımız...
Nağılımız...
Sevgi nağılımız...
Sevgi nağılımız...
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net