Ölüb-Ölüb Dirilirəm lyrics
by Xanım İsmayılqızı
[Bənd 1]
Bu ömür də belə keçdi
Üşüyürəm sazağında
Yumma gözlərini, Allah
Dayanmışam qabağında
Bu ömür də belə keçdi
Üşüyürəm sazağında
Yumma gözlərini, Allah
Dayanmışam qabağında
[Keçid]
Hara baxdım, səni gördüm
Əlim dəymədi əlinə
Gül açmadı qara baxtım
Yadmı göründüm gözünə?
Yadmı göründüm gözünə?
[Nəqərat]
İndi daha yoxam, heçəm
Artıq vaxtdır, mən gedirəm
Amma, bil ki, mən hər gecə
Ölüb, ölüb dirilirəm
İndi daha yoxam, heçəm
Artıq vaxtdır, mən gedirəm
Amma, bil ki, mən hər gecə
Ölüb, ölüb dirilirəm
Amma, bil ki, mən hər gecə
Ölüb dirilirəm
[Bənd 2]
Bu yazını saxla burada
Oxumağa vaxt qalmayıb
Darıxır ölümüm orada
Dincəlməyə taxt qalmayıb
Bu yazını saxla burada
Oxumağa vaxt qalmayıb
Darıxır ölümüm orada
Dincəlməyə taxt qalmayıb
[Keçid]
Gözlədim, gəlib çıxmadın
Niyə məni yolda qoydun?
Çox gəzdim, səni tapmadım
Səni də min donda gördüm
[Nəqərat]
İndi daha yoxam, heçəm
Artıq vaxtdır, mən gedirəm
Amma, bil ki, mən hər gecə
Ölüb, ölüb dirilirəm
İndi daha yoxam, heçəm
Artıq vaxtdır, mən gedirəm
Amma, bil ki, mən hər gecə
Ölüb, ölüb dirilirəm
Amma, bil ki, mən hər gecə
Ölüb dirilirəm