Sevdim Səni lyrics

by

Xanım İsmayılqızı



[Bənd 1]
Yavaş-yavaş sevdim səni
Hər gün bir az da sevdim
Ən çox bu qış sevdim səni
Qarda, ayazda sevdim

[Keçid]
Qar altından baş qaldıran
Çiçəktək sevdim səni
İstisinə qızındığım
Ocaqtək sevdim səni

[Nəqərat]
Belə sevməmişdim
Ömrüm boyu heç kimi
Sevdim qar üstündə
Yem axtaran quş kimi

Qar altından baş qaldıran
Çiçəktək sevdim səni
İstisinə qızındığım
Ocaqtək sevdim səni

[Bənd 2]
Gör bir nə tez isinişdik
Havalar soyuyanda
Adamlar qalın geyinib
Ağaclar soyunanda
[Keçid]
Qar altından baş qaldıran
Çiçəktək sevdim səni
İstisinə qızındığım
Ocaqtək sevdim səni

[Nəqərat]
Belə sevməmişdim
Ömrüm boyu heç kimi
Sevdim qar üstündə
Yem axtaran quş kimi

Qar altından baş qaldıran
Çiçəktək sevdim səni
İstisinə qızındığım
Ocaqtək sevdim səni

[Çıxış]
Qorxa-qorxa bu sübh çağı
Nə baxırsan göyə sən?
Deyirsən ki, Günəş çıxır
Qar əriyir, deyəsən
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net