Mən İnanmaq İstəyirəm lyrics
by Xanım İsmayılqızı
[Bənd 1]
Ruhumuzu görənlərə
Gözdən nuru verənlərə
Ruhumuzu görənlərə, ey
Gözdən nuru verənlərə
Sözü göydə dərənlərə
Mən inanmaq istəyirəm
Sözü göydə dərənlərə
Mən inanmaq istəyirəm
Ruhun canda nəfəsinə
Canın ölüm həvəsinə
Ruhun canda nəfəsinə
Canın ölüm həvəsinə
Allahın hər bəndəsinə
Mən inanmaq istəyirəm
Allahın hər bəndəsinə
Mən inanmaq istəyirəm
[Nəqərat]
Tanrımla görüşdüyümə
Göydən yerə düşdüyümə
Tanrımla görüşdüyümə
Göydən yerə düşdüyümə
Əcəlin nikbin üzünə
Həsrətin xoşbəxt gözünə
Hətta yalanın özünə
Mən inanmaq istəyirəm
Hətta yalanın özünə
Mən inanmaq istəyirəm
[Keçid]
Adam var, baş alıb hara
İnsanlıqdan uzaqlara
Adam var, baş alıb hara
İnsanlıqdan uzaqlara
Payızda gələn bahara
Mən inanmaq istəyirəm
Payızda gələn bahara
Mən inanmaq istəyirəm
[Bənd 2]
Gözlərimin gördüyünə
‘’Səni sevirəm’’, - deyənə
Gözlərimin gördüyünə
‘’Səni sevirəm’’, - deyənə
Qarşımdakı baş əyənə
Mən inanmaq istəyirəm
Qarşımdakı baş əyənə
Mən inanmaq istəyirəm
Ürəyin yanacağına
Gözlərin dolacağına
Ürəyin yanacağına
Gözlərin dolacağına
İzimin qalacağına
Mən inanmaq istəyirəm
İzimin qalacağına
Mən inanmaq istəyirəm
[Nəqərat]
Tanrımla görüşdüyümə
Göydən yerə düşdüyümə
Tanrımla görüşdüyümə
Göydən yerə düşdüyümə
Əcəlin nikbin üzünə
Həsrətin xoşbəxt gözünə
Hətta yalanın özünə
Mən inanmaq istəyirəm
Hətta yalanın özünə
Mən inanmaq istəyirəm
[Çıxış]
Adam var, baş alıb hara
İnsanlıqdan uzaqlara
Ay aman, aman...
Adam var, baş alıb hara
İnsanlıqdan uzaqlara
Payızda gələn bahara
Mən inanmaq istəyirəm
Payızda gələn bahara
Mən inanmaq istəyirəm
Mən inanmaq istəyirəm
Mən inanmaq istəyirəm
İstəyirəm, ey...