Getdin Ömrümdən lyrics

by

Xanım İsmayılqızı



[Bənd 1]
Gedirsən, nə deyim ki sənə?
Gedəni qaytarmaq olmur
Ürəyim od tutacaq yenə
Gözlərim kədərdən dolmur

[Nəqərat]
Üzümdə bir təbəssüm donub qalıb
Göz yaşlarım axır qəlbimə
Özgəsi ürəyində yuva salıb indi
Yəqin, mənim yerimə

Getdin ömrümdən səssiz-səmirsiz
Dözüb yaşadım sənsiz
Getdin ömrümdən səssiz-səmirsiz
Dözüb yaşadım...

[Bənd 2]
Səni də atıb gedən olar
Yanarsan həsrət odumda
Sənin də ayrılıq payın var
Duyarsan bir gün yanımda

[Nəqərat]
Üzümdə bir təbəssüm donub qalıb
Göz yaşlarım axır qəlbimə
Özgəsi ürəyində yuva salıb indi
Yəqin, mənim yerimə
Getdin ömrümdən səssiz-səmirsiz
Dözüb yaşadım sənsiz
Getdin ömrümdən səssiz-səmirsiz
Dözüb yaşadım...
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net