İsa Kimi lyrics

by

Xanım İsmayılqızı



[Bənd 1]
Bizim ömrümüzü bəzəmək üçün
Sanki göndərilən mələk kimi idin
İşıq paylayırdın sevdiklərinə
Sən həyat kimi idin, ürək kimi idin

Bu aləm, de, nədən dar gəldi sənə?
Nə tez bu dünyadan köçməyə qaçdın?
Bu qədər arzular yıxılıb qaldı
Nədən son nəfəsi içməyə qaçdın?

[Nəqərat]
Hara baxırıqsa, səni görürük
Elə bilirik ki, dönüb gələrsən
Hara baxırıqsa, səni görürük
Elə bilirik ki, dönüb gələrsən

Bu dərdin içində boğulanlar üçün
İsa, İsa, İsa kimi göydən enib gələrsən
İsa, İsa, İsa kimi göydən enib gələrsən

[Bənd 2]
Atıldığın göydən, düşdüyün yerə
Kaş ki qucağımı aça biləydim
Bir göz qırpımında çatdığın yerə
Mən də səninlə uça biləydim
Gedişinlə dünya daşır üstümə
Bu zülmü çəkməyə gücüm də yoxdur
Fəsillər də yağır ovuclarıma
Səhərim, axşamım, gecəm də yoxdur

[Nəqərat]
Hara baxırıqsa, səni görürük
Elə bilirik ki, dönüb gələrsən
Hara baxırıqsa, səni görürük
Elə bilirik ki, dönüb gələrsən

Bu dərdin içində boğulanlar üçün
İsa, İsa, İsa kimi göydən enib gələrsən
İsa, İsa, İsa kimi göydən enib gələrsən
İsa kimi göydən enib gələrsən

[Çıxış]
Ruhumdan əlvida qopduğun anda
“Allah, özün qoru”, - deyə bilmədik
Bizə birömürlük ayrılıq yazan İsa
İsa yol almışdı göyə, bilmədik
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net