Nağıllar Danış lyrics
by Xanım İsmayılqızı
[Bənd 1]
Gözümün nuru, vuran ürəyim
Ay anam, özünü qoru
Ol mənə həyan, ömrümə bəzək
Ay ana, qocalma, dayan
[Keçid]
Hər açan səhər
Səsini eşidim bir az da
Sönməz ümidlər
Bəxtim gülsə yenə bu yaz da
[Nəqərat]
Nağıllar danış, uyuyum yenə
Bu dünya tanış, nağıl desənə
Nağıllar danış, uyuyum yenə
Ay ana, danış, qurbanam sənə
[Bənd 2]
İllər üzünə sığal çəkibdir
Ay anam, ümid ver mənə
Sənə qurbanam, oduma yanan
Ay ana, qalma nigaran
[Keçid]
Hər açan səhər
Səsini eşidim bir az da
Sönməz ümidlər
Bəxtim gülsə yenə bu yaz da
[Nəqərat]
Nağıllar danış, uyuyum yenə
Bu dünya tanış, nağıl desənə
Nağıllar danış, uyuyum yenə
Bu dünya tanış, nağıl desənə
Ay, nağıllar danış, uyuyum yenə
Ay ana, danış, qurbanam sənə
Nağıllar danış, uyuyum yenə
Bu dünya tanış, nağıl desənə