Biri Varmış, Biri Yoxmuş lyrics

by

Faiq Ağayev


[Bənd 1]
Hər nəfəs aldığımda səni düşünürəm
Hər nəfəs verdiyimdə səni anıram
Gecələr tənha qalıram həsrətinlə
Sənsiz səninlə yaşayıram

[Keçid]
Yaşamaq deyirsənsə, inan, istəmirəm
Nə ad vermək olar ki, buna – tapa bilmirəm...
Hər tərəfə baxanda səni görürəm
Alın yazım deyilsən, bunu bilirəm...

[Nəqarət]
Sən, sanki bir külək – əsib, getdin
Qəlbimi məndən alıb, getdin
Sən, sanki bir nağıl olub, bitdin
“Biri varmış, biri yoxmuş” kimi itdin...

Mən, sanki çarəsiz bir dilənçi
Sevginə möhtacam, yanır içim!
Gəl, gör bir halımı – sənsizlikdə
Gözlərim kor olub gözləməkdən...

[Bənd 2]
Hər nəfəs aldığımda səni düşünürəm
Hər nəfəs verdiyimdə səni anıram
Gecələr tənha qalıram həsrətinlə
Sənsiz səninlə yaşayıram
[Keçid]
Yaşamaq deyirsənsə, inan, istəmirəm
Nə ad vermək olar ki, buna – tapa bilmirəm...
Hər tərəfə baxanda səni görürəm
Alın yazım deyilsən, bunu bilirəm...

[Nəqarət]
Sən, sanki bir külək – əsib, getdin
Qəlbimi məndən alıb, getdin
Sən, sanki bir nağıl olub, bitdin
“Biri varmış, biri yoxmuş” kimi itdin...

Mən, sanki çarəsiz bir dilənçi
Sevginə möhtacam, yanır içim!
Gəl, gör bir halımı – sənsizlikdə
Gözlərim kor olub gözləməkdən...
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net