Bu Qatarın Dalınca Baxma lyrics
by Flora Kərimova
[Bənd 1]
Məni aldı səndən, getdi bu qatar
Göydə bircə ovuc tüstüsü qaldı
Saçında əlimin tumarı qaldı
Ovcunda əlimin istisi qaldı
[Nəqərat]
Baxma, bu qatarın dalınca baxma
Gözlərini yorunca, baxma, baxma
Qaşların altında cüt yarpaq kimi
Gözlərin saralıb solunca, baxma
Qaşların altında cüt yarpaq kimi
Gözlərin saralıb solunca, baxma
Baxma, baxma...
[Bənd 2]
Uzaqdan, yaxından keçər bu qatar
Gecələr yuxundan keçər bu qatar
Gülsən, gülüşünü doğrayar, biçər
Ah çəksən, ahından keçər bu qatar
[Nəqərat]
Baxma, bu qatarın dalınca baxma
Gözlərini yorunca, baxma
Qaşların altında cüt yarpaq kimi
Gözlərin saralıb solunca, baxma
Qaşların altında cüt yarpaq kimi
Gözlərin saralıb solunca, baxma
Baxma, baxma...
[Bənd 3]
Mən getdim, dünya ki qaldı yerində
Dünyanın payızı, baharı qaldı
Ovcunda əlimin istisi qaldı
Saçında əlimin tumarı qaldı
[Nəqərat]
Baxma, bu qatarın dalınca baxma
Gözlərini yorunca, baxma, baxma
Qaşların altında cüt yarpaq kimi
Gözlərin saralıb solunca, baxma
Baxma, baxma, baxma
[Çıxış]
Məni aldı səndən, getdi bu qatar
Göydə bircə ovuc tüstüsü qaldı