Çəkərsən Həsrətimi lyrics
by Flora Kərimova
[Bənd 1]
Ovudarsan özünü
Özün göz yaşlarınla
Dönər həsrət gölünə
Gözün göz yaşlarınla
Ovudarsan özünü
Özün göz yaşlarınla
Dönər həsrət gölünə
Gözün göz yaşlarınla
[Keçid]
Yanağına ələnən
Həzin göz yaşlarınla
Həsrətimi çəkərsən
Çəkərsən həsrətimi
[Nəqərat]
Ayrılıq bir dağ olsa
O dağa çəkilərsən
Hicrana rəng qatarsan
Yanağa çəkilərsən
Bir gündə neçə dəfə
Sınağa çəkilərsən
Həsrətimi çəkərsən
Çəkərsən həsrətimi
Ayrılıq bir dağ olsa
O dağa çəkilərsən
Hicrana rəng qatarsan
Yanağa çəkilərsən
Bir gündə neçə dəfə
Sınağa çəkilərsən?
Həsrətimi çəkərsən
Çəkərsən həsrətimi
[Bənd 2]
Yellər, sellər, dənizlər
Aramıza yola çökər
Tanrı şimşəklər ilə
İmza atar, qol çəkər
Bir nöqtəyə dirənən
Baxışların yol çəkər
Həsrətimi çəkərsən
Çəkərsən həsrətimi
[Nəqərat]
Ayrılıq bir dağ olsa
O dağa çəkilərsən
Hicrana rəng qatarsan
Yanağa çəkilərsən
Bir gündə neçə dəfə
Sınağa çəkilərsən
Həsrətimi çəkərsən
Çəkərsən həsrətimi
Ayrılıq bir dağ olsa
O dağa çəkilərsən
Hicrana rəng qatarsan
Yanağa çəkilərsən
Bir gündə neçə dəfə
Sınağa çəkilərsən?
Həsrətimi çəkərsən
Çəkərsən həsrətimi