İntizar lyrics
by Flora Kərimova
[Bənd 1]
Göy Xəzər enir, qalxır
Gözlərim yollara baxır
Göy Xəzər enir, qalxır
Gözlərim yollara baxır
Əsdikcə sərin küləklər
Gətirir mənə şad xəbər
Əsdikcə sərin küləklər
Gətirir mənə şad xəbər
[Nəqərat]
Pıçıldaşır göy yarpaqlar
Göz qırpır suda mayaklar
Pıçıldaşır göy yarpaqlar
Göz qırpır suda mayaklar
Sanki mənə verir xəbər
Sevgilin indicə gələr
Sanki mənə verir xəbər
Sevgilin indicə gələr
[Bənd 2]
Yaşıl geyib tarlalar
Bağ-bağçalar gətirir bar
Yaşıl geyib tarlalar
Bağ-bağçalar gətirir bar
Gülür əmək hər bir yanda
Həm də dağlarda, həm Aranda
Gülür əmək hər bir yanda
Həm də dağlarda, həm Aranda
[Nəqərat]
Pıçıldaşır göy yarpaqlar
Ürəyim tutmayır qərar
Pıçıldaşır göy yarpaqlar
Ürəyim tutmayır qərar
Sanki mənə verir xəbər
Sevgilin indicə gələr
Sanki mənə verir xəbər
Sevgilin indicə gələr
[Bənd 3]
Arzular çiçək açır
Nəğməmiz el-el dolaşır
Arzular çiçək açır
Nəğməmiz el-el dolaşır
Göydə şən quşlar ötüşür
Qaragözlü axşam düşür
Göydə şən quşlar ötüşür
Qaragözlü axşam düşür
[Nəqərat]
Pıçıldaşır göy yarpaqlar
Göz qırpır suda mayaklar
Pıçıldaşır göy yarpaqlar
Göz qırpır suda mayaklar
Sanki mənə verir xəbər
Sevgilin indicə gələr
Sanki mənə verir xəbər
Sevgilin indicə gələr