Belə Qəmli Dayanma lyrics
by Flora Kərimova
[Bənd 1]
Görüşünə gəlmişəm
Səni gözü bənövşə
Gözü nəmli dayanma
Belə qəmli dayanma
Eşqinlə dindi dünya
Şadlan, sənindir dünya
Sevənlərindir dünya
Belə qəmli dayanma
[Nəqərat]
Var soyuğu, var odu
Bu yol sevgi yoludur
Ürək sözlə doludur
Belə qəmli dayanma
Könül, bulud deyilsən
Sınıq ümid deyilsən
Sən ki sükut deyilsən
Belə qəmli dayanma
Eşqinlə dindi dünya
Şadlan, sənindir dünya
Sevənlərindir dünya
Belə qəmli dayanma
[Bənd 2]
Çiçək açsın üzündə
Günəş gülsün gözündə
Bir sevinc tap özündə
Belə qəmli dayanma
Eşqinlə dindi dünya
Şadlan, sənindir dünya
Sevənlərindir dünya
Belə qəmli dayanma
[Nəqərat]
Var soyuğu, var odu
Bu yol sevgi yoludur
Ürək sözlə doludur
Belə qəmli dayanma
Könül, bulud deyilsən
Sınıq ümid deyilsən
Sən ki sükut deyilsən
Belə qəmli dayanma
Eşqinlə dindi dünya
Şadlan, sənindir dünya
Sevənlərindir dünya
Belə qəmli dayanma
Eşqinlə dindi dünya
Şadlan, sənindir dünya
Sevənlərindir dünya
Belə qəmli dayanma