Nə Deyim, Necə Deyim lyrics

by

Flora Kərimova


[Bənd 1]
Nə deyim, necə deyim?
Sənə bağlıdır ürək
Bu könül həsrətimi
Özün duyaydın, gərək

Nə deyim, necə deyim?
Sənə bağlıdır ürək
Bu könül həsrətimi
Özün duyaydın, gərək

[Nəqərat]
Nə deyim, necə deyim?
Sıxır sənsizlik məni
Həyatımın, ömrümün
Özü sanıram səni

Sənin xəyalın ilə
Hələ döyünür ürək
Nə deyim, necə deyim?
Səni istəyir ürək

[Bənd 2]
Nə deyim, necə deyim?
Qəlbimin özüsən sən
Nə deyim, necə deyim?
Gözümün gözüsən sən
Nə deyim, necə deyim?
Qəlbimin özüsən sən
Nə deyim, necə deyim?
Gözümün gözüsən sən

[Nəqərat]
Nə deyim, necə deyim?
Sıxır sənsizlik məni
Həyatımın, ömrümün
Özü sanıram səni

Sənin xəyalın ilə
Hələ döyünür ürək
Nə deyim, necə deyim?
Səni istəyir ürək

[Bənd 3]
Xəyalınla hər səhər
Yuxudan oyanaram
Həsrətinlə hər axşam
Alışaram, yanaram

Xəyalınla hər səhər
Yuxudan oyanaram
Həsrətinlə hər axşam
Alışaram, yanaram
[Nəqərat]
Nə deyim, necə deyim?
Sıxır sənsizlik məni
Həyatımın, ömrümün
Özü sanıram səni

Sənin xəyalın ilə
Hələ döyünür ürək
Nə deyim, necə deyim?
Səni istəyir ürək

Sənin xəyalın ilə
Hələ döyünür ürək
Nə deyim, necə deyim?
Səni istəyir ürək
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net