Anama Bənzəyən Analar lyrics

by

Flora Kərimova


[Bənd 1]
Qayğılı, mehriban baxışlarıyla
Analar anama bənzəyir bir az
Zərif üzlərinin qırışlarıyla
Analar anama bənzəyir bir az
Analar anama bənzəyir bir az

[Nəqərat]
Anama bənzəyir analar bir az
Gözləri yol çəkib qəmlənən zaman
Anama bənzəyir analar bir az
Qara kirpikləri nəmlənən zaman
Nəmlənən zaman, zaman, zaman

[Bənd 2]
Analar anama bənzəyir, düzü
Öz mehri, ülfəti, məhəbbəti ilə
Mənalı, hikmətli söhbəti, sözü
Ağıllı öyüdü, nəsihəti ilə
Ağıllı öyüdü, nəsihəti ilə

[Nəqərat]
Sevincli, fərəhli gün keçirəndə
Nurlu üzlərində gəzər bahar-yaz
Gəlin gətirəndə, qız köçürəndə
Analar anama bənzəyir bir az
Bənzəyir bir az, bir az, bir az
[Bənd 3]
Odlar düşdümü bir el, bir ölkə
Ürəkdən sızlayır, acıyır onlar
Analar anama bənzəyir, bəlkə
Anamla anadır, bacıdır onlar
Anamla anadır, bacıdır onlar

[Nəqərat]
Anama bənzəyir analar bir az
Gözləri yol çəkib qəmlənən zaman
Anama bənzəyir analar bir az
Qara kirpikləri nəmlənən zaman
Nəmlənən zaman, zaman, zaman
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net