Bir Ürək Bağışla lyrics
by Flora Kərimova
[Bənd 1]
Bir ürək bağışla ki
Heç zaman soyumasın
Bir xəyal bağışla ki
Uçuşdan uyumasın
Bir fikir bağışla ki
Dəryadan dərin olsun
Bir düzüm mirvari ver
İnci sözlərin olsun
[Keçid]
Sənə söhbət eyləsəm
Qəlbinlə məni dinlə
Könlüm yaralı olsa
Sağalt təbəssümünlə
Bir bahar bağışla ki
Eşqim günəşi olsun
Bir ocaq bağışla ki
Sönməz atəşi olsun
[Nəqərat]
Bir çıraq bağışla ki
Odu hər yana düşsün
İşığı neçə qəlbə
Neçə vicdana düşsün
Yaşatsan, yaşat ancaq
Bir təmiz sözlə məni
Gözləsən, tək mənəvi
Ölümdən gözlə məni
Bir çıraq bağışla ki
Odu hər yana düşsün
İşığı neçə qəlbə
Neçə vicdana düşsün
Yaşatsan, yaşat ancaq
Bir təmiz sözlə məni
Gözləsən, tək mənəvi
Ölümdən gözlə məni