İlahi lyrics
by Flora Kərimova
[Bənd 1]
Mənim üçün nə ölüm var, nə olum
Qopan teləm bir rübabdan, İlahi
Apar məni, dərgahında qul olum
Qurtar məni bu əzabdan, İlahi
Ocaq çatdım dodağımda, əlimdə
Səndən uca söz olmadı dilimdə
Pay görmədim doğradığın dilimdə
Nə təzədir, nə xarabdır, İlahi?
[Nəqərat]
Qurtar məni bu əzabdan, İlahi
Qurtar məni iztirabdan, İlahi
Qurtar məni əziyyətdən, İlahi
Qurtar məni məşəqqətdən, İlahi
[Bənd 2]
Daha məndə nə ismət var, nə həya
Gözüm düşüb cənnətdəki almaya
Qul kimi də yaranmadım, olmayam
Niyə belə yubadırsan, İlahi
Yaradanda demişdin ki, sürüyüm mən
Bir dənəyəm yerdə gəzən sürümdə
Yığ üstümə, nəyin varsa, ərinmə
Məşəqqətdən, iztirabdan, İlahi
[Nəqərat]
Qurtar məni bu əzabdan, İlahi
Qurtar məni iztirabdan, İlahi
Qurtar məni əziyyətdən, İlahi
Qurtar məni məşəqqətdən, İlahi
[Keçid]
İnsanlara "mənimsiniz" demişdin
‘’Xəlq etdiyim bəndəmsiniz’’ demişdin
Bir bədbəxtə "əzizimsən" demişdin
Bu gündədir nə səbəbdən, İlahi?
[Nəqərat]
Qurtar məni bu əzabdan, İlahi
Qurtar məni əziyyətdən, İlahi
Qurtar məni iztirabdan, İlahi
Qurtar məni məşəqqətdən, İlahi