Ruhumuz Qovuşacaq lyrics
by Flora Kərimova
[Bənd 1]
İnanmıram, sevgimiz bir badə şərabmış
Məhəbbətsiz ötən hər gün, inan, əzabmış
Yollarımız, çətin ki, haradasa qovuşa
Bu dünyanın gündüzü-gecəsi sovuşa
[Nəqərat]
Yalvarıram, əzablardan al məni, qurtar
Yuxularda əlimdən tut, özünlə apar
O dünyada, bəlkə, ruhumuz qovuşacaq
Sənsiz ürək qiyamət qoparacaq
Yalvarıram, əzablardan al məni, qurtar
Yuxularda əlimdən tut, özünlə apar
O dünyada, bəlkə, ruhumuz qovuşacaq
Sənsiz ürək qiyamət qoparacaq
[Bənd 2]
Darıxıram, dünyam sənsiz qürbət olarmış
Gecə-gündüz göylərimiz qəmlə dolarmış
Yağış yağar, bəlkə, qəmi-kədəri yuya
Ayrılıqdan bu dünyamız, bəlkə də, doya
[Nəqərat]
Yalvarıram, əzablardan al məni, qurtar
Yuxularda əlimdən tut, özünlə apar
O dünyada, bəlkə, ruhumuz qovuşacaq
Sənsiz ürək qiyamət qoparacaq
Yalvarıram, əzablardan al məni, qurtar
Yuxularda əlimdən tut, özünlə apar
O dünyada, bəlkə, ruhumuz qovuşacaq
Sənsiz ürək qiyamət qoparacaq
Yalvarıram, əzablardan al məni, qurtar
Yuxularda əlimdən tut, özünlə apar
O dünyada, bəlkə, ruhumuz qovuşacaq
Sənsiz ürək qiyamət qopardacaq
Yalvarıram, əzablardan al məni, qurtar
Yuxularda əlimdən tut, özünlə apar
O dünyada, bəlkə, ruhumuz qovuşacaq
Sənsiz ürək qiyamət qoparacaq