İkimizin Yerinə lyrics
by Flora Kərimova
[Bənd 1]
Bu sevgidən sən qorxursan, eybi yox
Mən sevirəm ikimizin yerinə
Bu eşq üçün bir gün dara çəksələr
Mən gedərəm ikimizin yerinə
[Nəqərat]
Min əzabdır sənsiz keçən hər günüm
Unutmuşam yaxşı-yaman fərqini
Bu sevginin dağ əridən dərdini
Mən çəkərəm ikimizin yerinə
[Bənd 2]
“Gül” deyirəm, gül qəlbinə dəyirəm
Mən səninçün Tanrı yazan şeirəm
“Dodaqların inciməsin” deyirəm
Mən öpərəm ikimizin yerinə
[Nəqərat]
Min əzabdır sənsiz keçən hər günüm
Unutmuşam yaxşı-yaman fərqini
Bu sevginin dağ əridən dərdini
Mən çəkərəm ikimizin yerinə
[Bənd 3]
Taleyimdə sən açılan gülümsən
Süzüb qara gözlərini gülümsə
Bu sevginin sonu əgər ölümsə
Mən ölərəm ikimizin yerinə