Həyatım Mənim lyrics

by

Flora Kərimova


[Bənd 1]
Mən səni bir an qəmli gördüm
Bir qərib dağa oxşar ürəyim
Eşqindir bəzəyən mənin ömrümü
Şövkətinlə sənin alışar ürəyim

[Nəqərat]
Ey həyatım mənim
Ey ümidim, nicatım mənim
Gəl, hüsnünə sənin yaraşar ürəyim

[Bənd 2]
Gəl, ömrüm-günüm sənə bağlıdır
Gözlərin sanki çilçıraqlıdır
Eşqinə düşməkdə canım haqlıdır
Cahanı səninlə dolaşar ürəyim

[Nəqərat]
Ey həyatım mənim
Ey ümidim, nicatım mənim
Gəl, hüsnünə sənin yaraşar ürəyim

[Bənd 3]
Yer üzü Günəş dolu, ürəkli
Heç vüsal günü əzab gərəkmi?
Söylə, bir pərisən, ya bir mələkmi?
Hər görəndə səni sayrışar ürəyim
[Nəqərat]
Ey həyatım mənim
Ey ümidim, nicatım mənim
Gəl, hüsnünə sənin yaraşar ürəyim

[Çıxış]
Söylə, bir pərisən, ya bir mələkmi?
Hər görəndə səni sayrışar ürəyim
Söylə, bir pərisən, ya bir mələkmi?
Hər görəndə səni sayrışar ürəyim
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net