Beşinci Fəsil (Sən Mənimsən) lyrics

by

Flora Kərimova


[Bənd 1]
Sən sonumun əvvəlisən
Sən yazmadığım sətirsən
Sən, sən beşinci fəsil
Sən mənimsən, mənimsən

Sən, sən beşinci fəsilsən
Sən mənimsən, mənimsən

[Nəqərat]
Durnalar gələnəcən
Quruyub düşməyən sonuncu
Sonuncu yarpaqtək mənimsən

Son dəfə qucaqla
Ayrılığa zamanla alışım
Alışım bu gümanla, mənimsən
Sən mənimsən, mənimsən
Sən mənimsən, mənimsən

[Bənd 2]
Sən həzin düşüncələrim
Sən gözlədiyim səhərsən
Sən, sən üsyankar ümid
Sən mənimsən, mənimsən
Sən, sən üsyankar ümidsən
Sən mənimsən, mənimsən

[Nəqərat]
Səhraya düşənəcən
Göylərdə əriyən çarəsiz
Çarəsiz yağmurtək mənimsən

Savaşlarda yazılan
Göz yaşımda pozulan
Təsəlli məktubutək mənimsən
Sən mənimsən, mənimsən
Sən mənimsən, mənimsən
Mənimsən...
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net