Mən Səni Görəndə lyrics
by Flora Kərimova
[Bənd 1]
Mən səni görəndə
Güllü yaza çıxmışam
Görüb səni sevəndə
Muradıma çatmışam
Mən səni görəndə...
[Keçid]
Qönçə tutub çiçəklər
Saçlarımı darayıb
Əsən mehlər, küləklər
Saçlarımı darayıb
Əsən mehlər, küləklər
[Nəqərat]
Ümidimi üzmərəm
Aç qəlbini, dinsənə
Ürəyimdən keçəni
Yarım, mənə desənə
Ümidimi üzmərəm
Aç qəlbini, dinsənə
Ürəyimdən keçəni
Yarım, mənə desənə
[Bənd 2]
Mən səni görəndə
Sevinmişəm, gülmüşəm
Gülüm, sənin ömrünü
Öz həyatım bilmişəm
Mən səni görəndə...
[Keçid]
Qəlbim yanır, alışır
Bütün aləm gözümdə
Məhəbbətdən danışır
Bütün aləm gözümdə
Sevgimizdən danışır
[Nəqərat]
Ümidimi üzmərəm
Aç qəlbini, dinsənə
Ürəyimdən keçəni
Yarım, mənə desənə
Ümidimi üzmərəm
Aç qəlbini, dinsənə
Ürəyimdən keçəni
Yarım, mənə desənə