Bakının İşıqları lyrics
by Flora Kərimova
[Bənd 1]
Axşam düşəndə yanar
Şəhər nura boyanar
Axşam düşəndə yanar
Şəhər nura boyanar
Küçələrdən boylanar
Qırmızı, yaşıl, sarı
Bakının işıqları
Küçələrdən boylanar
Qırmızı, yaşıl, sarı
Bakının işıqları
[Bənd 2]
Nə gözəldir, qəşəngdir
Elə bil ki çiçəkdir
Nə gözəldir, qəşəngdir
Elə bil ki çiçəkdir
Yurdumuza çələngdir
Qırmızı, yaşıl, sarı
Bakının işıqları
Yurdumuza çələngdir
Qırmızı, yaşıl, sarı
Bakının işıqları
[Bənd 3]
Sübhə qədər oyaqdır
Elə bil ki, mayakdır
Sübhə qədər oyaqdır
Elə bil ki, mayakdır
Min gözlü çilçıraqdır
Qırmızı, yaşıl, sarı
Bakının işıqları
Min gözlü çilçıraqdır
Qırmızı, yaşıl, sarı
Bakının işıqları
[Bənd 4]
Ləpələnər göy Xəzər
Narın – narın yel sərər
Göz vuraraq gülümsər
Qırmızı, yaşıl, sarı
Bakının işıqları
Göz vuraraq gülümsər
Qırmızı, yaşıl, sarı
Bakının işıqları
Bakının işıqları