Həyat Nədir lyrics
by Flora Kərimova
[Bənd]
Həyat Nədir? Sual verdim özümə
Mənasını çiçəklərdən öyrəndim
Yaşadıqca çarpışmayı, sevməyi
Qəlbimdəki diləklərdən öyrəndim
[Bənd]
Bir yay aldım, çıxmaq üçün şikara
Rast gəldim bir ahu gözlü nigara
Nişan alıb ox atmağı nə çarə
Daş ürəkli mələklərdən öyrəndim
[Bənd]
Sular kimi köpüklənib daşmağı
Ellər kimi uca dağlar aşmağı
Min bir əməl arxasınca qoşmağı
Dürlü-dürlü ürəklərdən öyrəndim
[Bənd]
Xəbər olsun hər təzəyə, hər gəncə
İnsan – cocuq, həyat ona əyləncə
Mən gurultu qoparmağı ilk öncə
Alov gözlü şimşəklərdən öyrəndim
Mən bunların əsasını iştə (ah...)
Çox çəkdiyim əməklərdən öyrəndim
[Çıxış]
Həyat nədir? Ölüm nədir?
Boş sual
Sevda nədir? Hicran nədir
Bir xəyal
Həyat nədir? Ölüm nədir?
Boş sual
Sevda nədir? Hicran nədir
Bir xəyal