Sev lyrics
by Zamiq Hüseynov
[Bənd 1]
Bu gün ilk görüşün davamı kimi
Yeni bir həyəcan duyduq, sevgilim
Ürəyimdən axan məhəbbətimi
Sənin gözlərinə süzdüm, sevgilim
[Nəqərat]
Sev, sevgilim, mən sevən kimi
Sevginlə qəlbini qəlbimə cala
Sev, sevgilim, mən sevən kimi
Ömrünü ömrümə, günümə bağla
[Bənd 2]
Bu gün bir başqa gün yaşadıq
Bu həyat gözümdə təzələndi
Nə vaxtsa duya bilmədiyimi
İndi ürəyimi çevirdi
[Nəqərat]
Sev, sevgilim, mən sevən kimi
Sevginlə qəlbini qəlbimə cala
Sev, sevgilim, mən sevən kimi
Ömrünü ömrümə, günümə bağla
Sev, sevgilim, mən sevən kimi
Sevginlə qəlbini qəlbimə cala
Sev, sevgilim, mən sevən kimi
Ömrünü ömrümə, günümə bağla
[Çıxış]
Sev, sevgilim, mən sevən kimi
Mən səndən başqa heç kimi sevmədim