Oyundur Həyat lyrics
by Zamiq Hüseynov
[Bənd 1]
Mən doğrunu, yanlışı, ağla qaranı
Gözlərində gizlənən o duyğuları
Hər şeyi hər dəfə öncədən görürəm
Kim haqlı, kim haqsız, kimdədir günah
Hər dəfə danışdıq, bu dəfə susaq
Sonda nə olacaq, hər şeyi bilirəm
[Keçid]
Mənim özümə aid olan
Fərqli dünyam var bu həyatda
Deyəsən, anlayan, nə də duyan
Çətin tapılar ürəyimin
Sevgi, ehtiras, arzu, istək
Gözləyir o da, macəra var
Qəlbimin qapısı açıqdır
İstəyən gəlsin bu dünyama
[Nəqərat]
Oyundur həyat, dünya başdan-başa
İstəyir, atım səni ora-bura
Hərdənbir dönüb baxsan sağa-sola
Hər kəsə bir pay düşür, ara, sora
[Keçid]
Mənim özümə aid olan
Fərqli dünyam var bu həyatda
Deyəsən, anlayan, nə də duyan
Çətin tapılar ürəyimin
Sevgi, ehtiras, arzu, istək
Gözləyir o da, macəra var
Qəlbimin qapısı açıqdır
İstəyən gəlsin bu dünyama
[Nəqərat]
Oyundur həyat, dünya başdan-başa
İstəyir, atım səni ora-bura
Hərdənbir dönüb baxsan sağa-sola
Hər kəsə bir pay düşür, ara, sora