Nələr Gördüm lyrics

by

Zülfiyyə Xanbabayeva



Saat 1-dir, oyanmışam
Xəyalları səsləyirəm
Onu mənsiz xəyallarda
Boş ümidlə gözləyirəm

Bilirəm ki, belə getsə
Əhvalım düzələn deyil
Gün ortası çıxıb gedən
Gecə 1-də gələn deyil

Mən onu necə sevdim, inandım
Mən qürurun önündə dayandım
Mən nələr gördüm, üzülmədim neynim
Bir tək ona yandım, yandım, yandım

O bizi necə odlara atdı
O sevgimizi kimlərə satdı
O düşünmədi körpə uşaqtək
Çıxıb getdi, getmək asandır

Saat 1-dir uzanmışam
Xəyalları səsləyirəm
Yuxumda yox, xəyallarda
Mən kimisə gözləyirəm

Bilirəm ki, belə getsə
Əhvalım düzələn deyil
Gün ortası çıxıb gedən
Gecə 1-də gələn deyil
Mən onu necə sevdim, inandım
Mən qürurun önündə dayandım
Mən nələr gördüm, üzülmədim neynim
Bir tək ona yandım, yandım, yandım

O bizi necə odlara atdı
O sevgimizi kimlərə satdı
O düşünmədi körpə uşaqtək
Çıxıb getdi, getmək asandır

O bizi necə odlara atdı
O sevgimizi kimlərə satdı
O düşünmədi körpə uşaqtək
Çıxıb getdi, getmək asandır
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net