Xatirələr lyrics

by

Zülfiyyə Xanbabayeva


[Bənd 1]
Şəhərim yatıb, ulduzlar sönüb
Qayğısız bir xatirələr
Yavaş qapımı döyüb

Səhərə qalıb bir neçə saat
Saatın kiçik əqrəbi
Birdən dayanıb, qalıb

[Nəqərat]
Qayıdaq o anlara yenə
Nə olar qayıdaq
Bir olaq, yaxın olaq yenə
O günləri anaq

Qəlbimə yolu tapa bilmir
Bir damla göz yaşı
Ulduzlar mənə baxıb dinmir
Göylərdə sayrışır

[Bənd 2]
Səhərim gəlir, dərdimi silir
Keçmişin gözəl anları
Mənim yadıma gəlir

Səhərə qalır bir neçə saat
Saatın kiçik əqrəbi
Dəqiqələri sayır
[Nəqərat]
Qayıdaq o anlara yenə
Nə olar qayıdaq
Bir olaq, yaxın olaq yenə
O günləri anaq

Qəlbimə yolu tapa bilmir
Bir damla göz yaşı
(Bir damla göz yaşı)
Ulduzlar mənə baxıb dinmir
Göylərdə sayrışır
(Göylərdə sayrışır)

Qayıdaq o anlara yenə
Nə olar qayıdaq
Bir olaq, yaxın olaq yenə
O günləri anaq

Qəlbimə yolu tapa bilmir
Bir damla göz yaşı
(Bir damla göz yaşı)
Ulduzlar mənə baxıb dinmir
Göylərdə sayrışır
(Göylərdə sayrışır)
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net