Sənə Qurban Olum lyrics
by Üzeyir Mehdizadə
Giriş
Apar məni uzaqlara sənə qurban olum
O günlərə o çağlara sənə qurban olum
Darıxmışam o günlərin həsrətindəyəm mən
Gəl qayıdaq qabağlara sənə qurban olum
Bənd
Yadıma düşüb xatirələr, darıxmışam yenə
Ürəyimdən keçənləri, mən söylədim sənə
Çoxsunu mən unutmuşam, denən necə oldu
Yadıma sal olanları, bir-bir danış mənə
Nəqarət
Apar məni uzaqlara sənə qurban olum
O günlərə o çağlara sənə qurban olum
Darıxmışam o günlərin həsrətindəyəm mən
Gəl qayıdaq qabağlara sənə qurban olum
Bənd
Zaman bizim xoş anları, əlimizdən aldı
Doğmaları əzizləri, bizdən ayrı saldı
Danışdıqca olanları, canlanır gözümdə
Biraz özümüzdən danışaq, denən nələr oldu
Nəqarət
Apar məni uzaqlara sənə qurban olum
O günlərə o çağlara sənə qurban olum
Darıxmışam o günlərin həsrətindəyəm mən
Gəl qayıdaq qabağlara sənə qurban olum
Bənd
Gözlərimin önündədir, hələdə o günlər
Gör necədə mənalıdır, o aylar o illər
Gətir baxım şəkillərə, təsəllidir yenə
O günləri xatırladır, mənə tək şəkillərı
Nəqarət
Apar məni uzaqlara sənə qurban olum
O günlərə o çağlara sənə qurban olum
Darıxmışam o günlərin həsrətindəyəm mən
Gəl qayıdaq qabağlara sənə qurban olum