Onu Da Apar lyrics

by

Üzeyir Mehdizadə



[Bənd 1: Bəhruz Həsənli ]
Xoş gündü dünəndə qalan
Ürəyimdi səndə qalan
Bir şəkildi məndə qalan
Gəl onu da apar al onu da apar
Gəl onu da apar al onu da apar

[Bənd 2: Üzeyir Mehdizadə]
Hər şey yaddaşımda qalıb
Adın göz yaşımda qalıb
Xəyalən başımda qalıb
Gəl onu da apar al onu da apar
Gəl onu da apar al onu da apar

[Bənd 3: Bəhruz Həsənli ]
De niyə getdin ay mələyim
De niyə getdin ay ürəyim
Daha bu eşq deyil gərəyim
Gəl onu da apar al onu da apar
Gəl onu da apar al onu da apar

[Bənd 4: Üzeyir Mehdizadə]
Heyif ki etdim etibar
Nəyin qald ki yadigar
Tək əllərinin istisi var
Gəl onu da apar al onu da apar
Gəl onu da apar al onu da apar
[Bənd 5: Bəhruz Həsənli ]
Daha mənə yaraşar ölüm
Mənə səndən qaldı zülüm
Apara bilirsənsə gülüm
Gəl onu da apar al onu da apar
Gəl onu da apar al onu da apar

[Bənd 6: Üzeyir Mehdizadə]
Yenə gəzirəm yağış yağır
Ürək deyir onu da çağır
Həsrətin ağırdı ağır
Gəl onu da apar al onu da apar
Gəl onu da apar al onu da apar

[Bənd 7: Bəhruz Həsənli ]
Mənim ad günüm idi can
Saat almışdın ərmağan
İşləmir dayanıb zaman
Gəl onu da apar al onu da apar
Gəl onu da apar al onu da apar

[Bənd 8: Üzeyir Mehdizadə]
Hamı səni mən tək istəsin
Yaşamağa olsun həvəsin
Mən öləndə kimsə desin
Gəl onu da apar al onu da apar
Gəl onu da apar al onu da apar
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net