Rədd Elə lyrics
by Üzeyir Mehdizadə
[Nəqarət]
Qədrini bilməyən kəsi rədd elə
Gəlməsin qulağına səsi, rədd elə
[Bənd 1]
Vəfalı bilmə hər gözəl gözləri
Baxanda məsum görünür üzləri
Görürsən, yalan danışır sözləri
Hətta yalandır nəfəsi, rədd elə, rədd elə
[Nəqarət]
Qədrini bilməyən kəsi rədd elə
Gəlməsin qulağına səsi, rədd elə
Qədrini bilməyən kəsi rədd elə
Gəlməsin qulağına səsi, rədd elə
[Bənd 2]
Kim ki sənin üzünə yalandan gülür
Zərbələr də həmin insandan gəlir
Xeyri varsa, səni özünə yar bilir
İstifadədir həvəsi, rədd elə, rədd elə
[Nəqarət]
Qədrini bilməyən kəsi rədd elə
Gəlməsin qulağına səsi, rədd elə
Qədrini bilməyən kəsi rədd elə
Gəlməsin qulağına səsi, rədd elə
[Bənd 3]
Adam var ki, dəyişmir ki, dəyişmir
Düz danışırsan, səninlə görüşmür
Sən nə desən, görürsən, başa düşmür
Boş-boşuna bəhsə, bəsi rədd elə, rədd elə
[Nəqarət]
Qədrini bilməyən kəsi rədd elə
Gəlməsin qulağına səsi, rədd elə
Qədrini bilməyən kəsi rədd elə
Gəlməsin qulağına səsi, rədd elə
[Bənd 4]
Qədrini bilən olsun sənə bəsdir
Həyatda gördüklərim mənə bəsdir
Zəifliyin varsa, düşmənə bəsdir
Min plan cızır hərəsi, rədd elə, rədd elə
[Nəqarət]
Qədrini bilməyən kəsi rədd elə
Gəlməsin qulağına səsi, rədd elə
Qədrini bilməyən kəsi rədd elə
Gəlməsin qulağına səsi, rədd elə