Baxır Sənə lyrics
by Üzeyir Mehdizadə
[Nəqarət]
O qədər gözəlsən ki, bütün aləm baxır sənə
Hər baxan valeh olur dönür hərdən baxır sənə

[Bənd 1]
Seçilirsən yeriyəndə yerişin tam ayrıdır
Güləndə gözlərin gülür gülüşün tam ayrıdır
Geyimin tamam fərqlidir görnüşün tam ayrıdır
Hər baxan deyir yoxdu belə görkəm baxır sənə
[Nəqarət]
O qədər gözəlsən ki, bütün aləm baxır sənə
Hər baxan valeh olur dönür hərdən baxır sənə
O qədər gözəlsən ki, bütün aləm baxır sənə
Hər baxan valeh olur dönür hərdən baxır sənə
[Bənd 2]
Səni kim qısqanır baxır sənə nöqsan axtarır
Tapa bilmir bir eyib paxıllıq ürəyini yarır
Baxışların adamın ağlını başdan çıxarır
Adam sənə həm baxmaq istəmir həm baxır sənə
[Nəqarət]
O qədər gözəlsən ki, bütün aləm baxır sənə
Hər baxan valeh olur dönür hərdən baxır sənə
O qədər gözəlsən ki, bütün aləm baxır sənə
Hər baxan valeh olur dönür hərdən baxır sənə
[Bənd 3]
O mənəm təmiz ürəklə hey sənə həsrətlə baxan
Ötəri hislə deyil, sevgi məhəbbətlə baxan
Unutma yadında saxla, sənə həsrətlə baxan
Bir nəfər varsa mənəm de ki möhkəm baxır mənə