Xaş lyrics

by

Eyyub Yaqubov


Səhər-səhər yuxudan təzə duranda
Səhər-səhər gözünü təzə açanda
Səhər-səhər, tezdən iştahın olanda
Gözləyir yolunu sənin xaşxana
Səhər-səhər, tezdən iştahın olanda
Gözləyir yolunu sənin xaşxana
"Янтарный" ətirli, şahıdır süfrənin
Səhər-səhər, soyuqda, tezdən xaş yeyin
"Янтарный" ətirli, şahıdır süfrənin
Səhər-səhər, soyuqda, tezdən xaş yeyin
Səhər-səhər yuxudan durub xaş yeyin
Ətir saçar dolanda xaşla kasalar
Ətir saçar süfrədə olan turşular
İsti təndir çörəyi – bərəkət, nübar
Süzülər badələr, yemək nuş olar
İsti təndir çörəyi – bərəkət, nübar
Süzülər badələr, yemək nuş olar
"Янтарный" ətirli, şahıdır süfrənin
Səhər-səhər, soyuqda, tezdən xaş yeyin
"Янтарный" ətirli, şahıdır süfrənin
Səhər-səhər soyuqda, tezdən xaş yeyin
Səhər-səhər, yuxudan durub xaş yeyin
Sərin-sərin havalar yaxınlaşanda
Sərin-sərin küləklər pıçıldaşanda
Şaxtalı günlərdə, qış aylarında
Gözləyir yolunu sənin xaşxana
Şaxtalı günlərdə, qış aylarında
Gözləyir yolunu sənin xaşxana
"Янтарный" ətirli, şahıdır süfrənin
Səhər-səhər, soyuqda, tezdən xaş yeyin
"Янтарный" ətirli, şahıdır süfrənin
Səhər-səhər soyuqda, tezdən xaş yeyin
Səhər-səhər, yuxudan durub xaş yeyin
"Янтарный" ətirli, şahıdır süfrənin
Səhər-səhər, soyuqda, tezdən xaş yeyin
"Янтарный" ətirli, şahıdır süfrənin
Səhər-səhər soyuqda, tezdən xaş yeyin
Səhər-səhər, yuxudan durub xaş yeyin
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net