Ötən Günlər lyrics

by

Eyyub Yaqubov


[Bənd 1]
Axtarıram, qalmayıbdır o nəvaziş
Kəsilibdir yaxınlara gediş – gəliş
Gözəl günlər indi, görən, harda qaldı?
Sevgimizi kim tora saldı?

[Keçid]
Kim qaytarar o günləri, deyin mənə?
O duyğulu günlərimi verin mənə
Sevgi gəlir, nəğmə düşür ürəyimə
Sevinc yaşı dolur gözlərimə

[Nəqərat]
O günlərdən heç bir əsər də qalmayıb
Elə bil ötən günlər, elə bil ötən günlər
Bu dünyada olmayıb

O günlərdən heç bir əsər də qalmayıb
Elə bil ötən günlər, elə bil ötən günlər
Bu dünyada olmayıb

[Bənd 2]
O günləri arayıram, hey gəzirəm
Təqvimləri yorğun – yorğun süzürəm
Gözəl günlər indi, görən, harda qaldı?
Sevgimizi kim tora saldı?
[Keçid]
Kim qaytarar o günləri, deyin mənə?
O duyğulu günlərimi verin mənə
Sevgi gəlir, nəğmə düşür ürəyimə
Sevinc yaşı dolur gözlərimə

[Nəqərat]
O günlərdən heç bir əsər də qalmayıb
Elə bil ötən günlər, elə bil ötən günlər
Bu dünyada olmayıb

O günlərdən heç bir əsər də qalmayıb
Elə bil ötən günlər, elə bil ötən günlər
Bu dünyada olmayıb

O günlərdən heç bir əsər də qalmayıb
Elə bil ötən günlər, elə bil ötən günlər
Bu dünyada olmayıb

O günlərdən heç bir əsər də qalmayıb
Elə bil ötən günlər, elə bil ötən günlər
Bu dünyada olmayıb
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net