Olsaydın lyrics
by Elnarə Xəlilova
[Bənd 1]
Dönüb yağış olsaydın, yağardın üstümə
Dönüb külək olsaydın
Dönüb Günəş olsaydın, gələrdin evimə
Otağımda bir şam olsaydın...
[Nəqərat]
Olmazdı ümidsiz günlər, həyat nağıl olsaydı
Olmazdı uzun gecələr, sevmək asan olsaydı
[Bənd 2]
Dəli sərçə olsaydın, qonardın çiynimə
Mənim sevdiyim insan olsaydın, uçardın göylərə
Qulağımda sırğa olsaydın, nələr söyləyərdin sən mənə?
Dodağımda boya olsaydın...
[Nəqərat]
Olmazdı ümidsiz günlər, həyat nağıl olsaydı
Olmazdı uzun gecələr, sevmək asan olsaydı
Son dəfə məni görmək sənə asan olsaydı
Olmazdı dayanan ürək, gözlərinə baxsaydım
(Gözlərinə baxsaydım)
Gözlərinə baxsaydım...