Yuxulu Şəhər lyrics

by

Elnarə Xəlilova


[Bənd 1]
İnsanlar sevgiyə yalan deyər
Bizi hicran belə eylər
İnsanlar dünyaya '’fırlan'' deyər
Bizə zaman güman verər

[Nəqərat]
Gecələrin sirli səsi mənəm
Dinlə məni, sözlər gəlir ürəyimdən
Gündüzlərin gizli kəsi mənəm
Soruş məni sakit yuxulu şəhərdən

[Bənd 2]
Ulduzlara yaxın oldum
İstədiyimi tapmadım
Dalğalanıb duman oldum
Arzularıma çatmadım

Aşıb-daşıb dəniz oldum
Sarı sahili tapmadım
Çiçək oldum, tikan oldum
Sevən ürəyə batmadım

[Nəqərat]
Gecələrin sirli səsi mənəm
Dinlə məni, sözlər gəlir ürəyimdən
Gündüzlərin gizli kəsi mənəm
Soruş məni sakit yuxulu şəhərdən
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net