Sərhədçilərik lyrics

by

Elnarə Xəlilova


[Bənd 1]
Səngiyib son döyüş
Sərhəddə sükut var
Açılıb göy üzü
Ötüşür durnalar
Durnalar, durnalar
Ay qərib durnalar
Sərhəddən yarıma
Müjdələr apar

Məktublar, məktublar
Natamam məktublar
Güman var ki, yazılan
Ünvana çatar

Məktublar, məktublar
Natamam məktublar
Güman var ki, yazılan
Ünvana çatar

[Nəqərat]
Dənizdə, sahildə
Yerlərdə, göylərdə
Vətənə çəpərik
Sərhədçilərik
Meşədə, səhrada
Dağlarda, dərədə
Vətənə sipərik
Sərhədçilərik

[Bənd 2]
Sərhəd nişanəsi
Keşikçi qülləsi
Tikanlı məftillər
Həyəcan səsi
Qarşıda döyüş var
Arxada vətəndir
Lazım olsa əgər
Canından keçər əsgər

Analar, analar
Pərişan analar
Qismət olsa, bu bahar
Oğlunuz qayıdar

Analar, analar
Pərişan analar
Qismət olsa, bu bahar
Oğlunuz qayıdar

[Nəqərat]
Dənizdə, sahildə
Yerlərdə, göylərdə
Vətənə çəpərik
Sərhədçilərik
Meşədə, səhrada
Dağlarda, dərədə
Vətənə sipərik
Sərhədçilərik

[Bənd 3]
Məktublar, məktublar
Natamam məktublar
Güman var ki, yazılan
Ünvana çatar

Analar, analar
Pərişan analar
Qismət olsa, bu bahar
Oğlunuz qayıdar

[Nəqərat]
Dənizdə, sahildə
Yerlərdə, göylərdə
Vətənə çəpərik
Sərhədçilərik

Meşədə, səhrada
Dağlarda, dərədə
Vətənə sipərik
Sərhədçilərik
Sərhədçilərik
Sərhədçilərik
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net