Ömrüm Günüm lyrics

by

Elnarə Xəlilova


[Bənd 1]
Mənim ömrüm, günüm sizindir sevgi
Yoxsa bir gün sönər taleyim mənim

[Nəqərat]
Eşqimdən doymayar heç zaman ürək
Öz vaxtını gözləyir hələ min dilək
Düz ilqar olanda məhəbbət gülər
Səadətin yolunda sirli sevgilər

[Bənd 2]
Xoş günlərim sizinlə keçir bəxtəvər
Girə bilməz qapıdan nə qəm, nə kədər
Bir ünvanı tanıyır sevdalı izlər
Məni hər zaman gözlər mehriban gözlər

[Nəqərat]
Eşqimdən doymayar heç zaman ürək
Öz vaxtını gözləyir hələ min dilək
Düz ilqar olanda məhəbbət gülər
Səadətin yolunda sirli sevgilər

[Bənd 3]
Ömrün bəzəyi, onun gül nəfəsi
Gəlsin hər evdən gülüş, uşaq səsi
Arzuya çatsın kaş ki sevənlər
Hamı yaşasın sevinc dolu günlər
[Nəqərat]
Eşqimdən doymayar heç zaman ürək
Öz vaxtını gözləyir hələ min dilək
Düz ilqar olanda məhəbbət gülər
Səadətin yolunda sirli sevgilər
Mənim ömrüm, günüm sizin hər an
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net