Yuxu lyrics
by Elnarə Xəlilova
[Giriş]
Yenə yuxudasan
[Bənd 1]
Yenə mələk kimi gəlirsən, gülüm (yenə yuxudasan)
Axar göz yaşımı silirsən, gülüm
Baxırsan, küskünsən
Baxırsan, küskünsən, qəmginsən nədən?
[Nəqərat]
Yuxu rəngbərəngdir, yuxu şirindir
Yuxumu sevirəm
Çünki əlimə toxunur saçların
Dəyir əllərin sənin
Çünki əlimə toxunur saçların
Dəyir əllərin sənin
[Bənd 2]
Eşqimi, sevgimi yellər apardı (yenə yuxudasan)
Qəfil gələn boran, sellər apardı
Sənli aylar, illər, günlər nə tez qurtardı
Təkcə yuxulara gəlirsən, gülüm
[Nəqərat]
Yuxu rəngbərəngdir, yuxu şirindir
Yuxumu sevirəm
Çünki əlimə toxunur saçların
Dəyir əllərin sənin
Çünki əlimə toxunur saçların
Dəyir əllərin sənin
[Bənd 3]
Gözümü açıram, soyuq divarlar
Heç nədən qızınmır, isinmir indi
Yumdum gözlərimi gördüm yenidən
Yenidən
[Nəqərat]
Yuxu rəngbərəngdir, yuxu şirindir
Yuxumu sevirəm
Çünki əlimə toxunur saçların
Dəyir əllərin sənin
Çünki əlimə toxunur saçların
Dəyir əllərin sənin