Ağlar Yenə Də (Duet Versiya) lyrics

by

Xatirə İslam



[Bənd 1]
Daha gedirəm, səni mən artıq tərk edirəm
Bilmirəm, heç özüm mən hayana gedirəm
Ayrılırıq, sənə mən heç bir söz demirəm
Belə yazılıb taleyim, səndən, inan, incimirəm

[Keçid]
Nə ümidim yox, nə güman yox
Nə gecəm yox, nə sabah yox

[Nəqərat]
Kaş, ola o çağlar yenə də
Gül aça o bağlar yenə də
Sənsiz üzüm gülsə də bunu bil
Sənsiz ürək ağlar yenə də

Kaş, ola o çağlar yenə də
Gül aça o bağlar yenə də
Sənsiz üzüm gülsə də bunu bil
Sənsiz ürək ağlar yenə də

[Tunar]
Gecə-gündüz soraqladım
Tapmadım səni, ağladım
Taleyimə yalvarıram
Yenə səni axtarıram
Gəl qayıdaq o illərə
Düşsün bu sevgi dillərə
Kaş yenə əvvəlki kimi
Qovuşaydıq yenə də!

[Bənd 2]
Mən alışıram, yanıram, söndürsən, sönərəm
“Öl” desən ölərəm, “dön” desən dönərəm
Amma çox, heyif çox, heyif dön demədin mənə sən
Dönə-dönə yalvarmışam, sən inadından dönəsən

[Keçid]
İnadkarsan, günahkarsan
Nə xoş günlər, nə sən varsan

[Nəqərat]
Kaş, ola o çağlar yenə də
Gül aça o bağlar yenə də
Sənsiz üzüm gülsə də bunu bil
Sənsiz ürək ağlar yenə də

Kaş, ola o çağlar yenə də
Gül aça o bağlar yenə də
Sənsiz üzüm gülsə də bunu bil
Sənsiz ürək ağlar yenə də
[Tunar]
Bir vaxt necə sevişərdik
Gizli-gizli görüşərdik
O bağlarda görüşərdik
Üşüyərdik, büzüşərdik

Bu sevginin təsirindən
Çox küsərdik bir-birindən
Amma buna baxmayaraq
Barışardıq yenə də...
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net