İllüziya (Bonus Track) lyrics
by Orkhan Zeynalli
[Bənd 1: PRoMete]
Doludur qəmli sətirlərlə kitablar
Bilinmir ki, indi sevincdən kim ağlar
Daha əvvəlkitək çağlamayan bulaqlar var
İçimdə siyasətdən doğulmamış uşaqlar var
Daxmalardan qaçanlarıq biz
Şəhərlərdə çox qələbəlik, qalmır iz
Bir gün özümü itirsəm, kim anlar ki
Qələmi vərəqə daha da sıx
Tətiyi gicgahda düşün, artsın cəsarət
Vur!
İçinə qonan qarğaları uzaqlara
Çox uzaqlara uçur
Və yalnız yalançılar ən gərəkli anlarda susur!
Yalançılıq, bu, deyil qüsur
Bu, təbii fəlakət
Bu, mədəni xəyanət
Bu, bədəni zəmanət altında beyinə ticarət
Bu, yabanı bitki kimidir
Bitdiyi yerlərdə xarabalıqdan olur əlamət
Və nəqərat...
[Nəqərat: Səbinə Rəhimova]
Gec qalmaqdan qorxmamaq
İrəli getmək, geriyə baxmamaq
Qonaq edə bilməyəcəm səni dünyama
Xoş gəlmisən dar daxmama
Gec qalmaqdan qorxmamaq
İrəli getmək, geriyə baxmamaq
Qonaq edə bilməyəcəm səni dünyama
Xoş gəlmisən dar daxmama
[Bənd 2: AiD]
Həqiqət axtardıqca tapırıq biz yeni yalanlar
Qanunu yazanlar və bu qanunla yaşayanlar
Həyat qəlizdir, dost, yaşamaq son qərarınsa
Ayaqda durmaq üçün pәncәlәrdәn tər axırsa
Sistemdə batmaqla irəli getmək eyni cür bitir
Şәlalәyә gedən çayda biz üzdükcə son yaxınlaşır
Valideyn itirənlə inamın itirən - eyni cür yetim
Biz yaxşı insan axtardıqca özümüz pis olduq
Biz onluq sistemində seçdik sıfır rəqəmin
Kiminsə arxasına keçib onu güclü etməkçün
Amma ki tәk qalsan, sәnә kiminsə yox tələbi
Vuruşursunuz qәlәbә üçün yox, döyüşdə seçilmәkçün
Biz hamımız eyni başlayırıq nəyisə öyrәnmәklә
Maraqsız həyatın səbəbin görürük böyüməkdə
Gözəl dünyanı görmürsәnsә, gözünü yum әbәdi
Bəlkə illüziya oldu xoşbəxtliyin tәk səbəbi…
[Nəqərat: Səbinə Rəhimova]
Gec qalmaqdan qorxmamaq
İrəli getmək, geriyə baxmamaq
Qonaq edə bilməyəcəm səni dünyama
Xoş gəlmisən dar daxmama
Gec qalmaqdan qorxmamaq
İrəli getmək, geriyə baxmamaq
Qonaq edə bilməyəcəm səni dünyama
Xoş gəlmisən dar daxmama