Bir Sevgi lyrics

by

Lalə Məmmədova


[Bənd 1]
Səsimin haqqı yox səni haylaya
Gözümün haqqı yox səni araya
Ürək günahkardır, gərək tablaya
O səndən, o məndən nə uma bilər?

Ömrümün haqqı yox səni gözləyə
Ömrünün haqqı yox məni gözləyə
Vüsal həsrət qalıb əzizlənməyə
O səndən, o məndən nə uma bilər?

[Nəqərat]
Bir sevgi gözləri pərişan gəzir
Bir sevgi elə bil peşiman gəzir
Bir sevgi vüsaldan nigaran gəzir
O səndən, o məndən nə uma bilər?

Bir sevgi alışıb – yanmaq istəyir
Bir sevgi haqqına güman istəyir
Bir sevgi nə varsa, danmaq istəyir
O səndən, o məndən nə uma bilər?

[Bənd 2]
Dilimin haqqı yox “sevirəm” deyə
Əlimin haqqı yox gözünü silə
Hicran nə edəcək, qoy, özü bilər
O səndən, o məndən nə uma bilər?
Ömrümün haqqı yox səni gözləyə
Ömrünün haqqı yox məni gözləyə
Vüsal həsrət qalıb əzizlənməyə
O səndən, o məndən nə uma bilər?

[Nəqərat]
Bir sevgi gözləri pərişan gəzir
Bir sevgi elə bil peşiman gəzir
Bir sevgi vüsaldan nigaran gəzir
O səndən, o məndən nə uma bilər?

Bir sevgi alışıb – yanmaq istəyir
Bir sevgi haqqına güman istəyir
Bir sevgi nə varsa, danmaq istəyir
O səndən, o məndən nə uma bilər?

Bir sevgi gözləri pərişan gəzir
Bir sevgi elə bil peşiman gəzir
Bir sevgi vüsaldan nigaran gəzir
O səndən, o məndən nə uma bilər?

Bir sevgi alışıb – yanmaq istəyir
Bir sevgi haqqına güman istəyir
Bir sevgi nə varsa, danmaq istəyir
O səndən, o məndən nə uma bilər?
Bır sevgi!
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net