Neylərsən lyrics

by

Lalə Məmmədova


[Bənd 1: Rəşad İlyasov]
Sən bir gözəl ceyran olsan
Düzlərə qaçacaq olsan
Sən bir gözəl ceyran olsan
Düzlərə qaçacaq olsan

[Nəqərat: Rəşad İlyasov]
Mən bir mahir ovçu olub
Balam, səni ovlarsam, neylərsən?
Mən bir mahir ovçu olub
Balam, səni ovlarsam, neylərsən?

[Bənd 2: Lalə Məmmədova]
Sən bir mahir ovçu olsan
Məni ovlayacaq olsan
Sən bir mahir ovçu olsan
Məni ovlayacaq olsan

[Nəqərat: Lalə Məmmədova]
Mən bir qızıl alma olub
Bala, sandığa girsəm, neylərsən?
Mən bir qızıl alma olub
Bala, sandığa girsəm, neylərsən?

[Bənd 3: Rəşad İlyasov]
Sən bir qızıl alma olsan
Sandığa girəcək olsan
Sən bir qızıl alma olsan
Sandığa girəcək olsan
[Nəqərat: Rəşad İlyasov]
Mən bir paslı açar olub
Balam, sandığı açsam, neylərsən?
Mən bir paslı açar olub
Balam, sandığı açsam, neylərsən?

[Bənd 4: Lalə Məmmədova]
Sən bir paslı açar olsan
Sandığı açacaq olsan
Sən bir paslı açar olsan
Sandığı açacaq olsan

[Nəqərat: Lalə Məmmədova]
Mən bəzəkli gəlin olub
Bala, sandıqdan çıxsam, neylərsən?
Mən bəzəkli gəlin olub
Bala, sandıqdan çıxsam, neylərsən?

[Bənd 5: Rəşad İlyasov]
Sən bəzəkli gəlin olsan
Sandıqdan çıxacaq olsan
Sən bəzəkli gəlin olsan
Sandıqdan çıxacaq olsan

[Nəqərat: Rəşad İlyasov]
Mən bir gözəl oğlan olub
Balam, səni alarsam, neylərsən?
Mən bir gözəl oğlan olub
Balam, səni alarsam, neylərsən?
[Bənd 6: Lalə Məmmədova]
Mən bəzəkli gəlin olsam
Sandıqdan çıxacaq olsam
Mən bəzəkli gəlin olsam
Sandıqdan çıxacaq olsam

[Nəqərat: Lalə Məmmədova]
Sən bir gözəl oğlan olub
Balam, məni alarsan, neylərəm?
Sən bir gözəl oğlan olsan
Balam, məni alarsan, neylərəm?

[Rəşad İlyasov-Lalə Məmmədova]
Sən bir gözəl olub
Balam, məni alarsan, neylərəm?
Sən bir gözəl olub
Balam, məni alarsan, neylərəm?
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net