Bilmədim lyrics

by

Lalə Məmmədova


[Bənd 1]
Bir yelkənəm qəm gölündə batmışam
Qova-qova kədərimə çatmışam
Bəxtim yatıb, yoxsa özüm yatmışam?
Bu fəsil də necə keçdi, bilmədim

Aylarımı, illərimi itirdim
Öz əlimlə payızımı gətirdim
Səadətin qatarını ötürdüm
Bu fəsil də necə keçdi, bilmədim

[Nəqərat]
Səhərimin, axşamımın fərqi yox
Bu fələyin geri dönən çərxi yox...
Görən deyir: “Bəxtəvərin dərdi yox”
Bu fəsil də necə keçdi, bilmədim

[Bənd 2]
Bir gülünü, çiçəyini dərmədim
Necə gəldi, necə getdi bilmədim
Laləsini, nərgizini hörmədim
Bu fəsil də necə keçdi, bilmədim

[Nəqərat]
Səhərimin, axşamımın fərqi yox
Bu fələyin geri dönən çərxi yox...
Görən deyir: “Bəxtəvərin dərdi yox”
Bu fəsil də necə keçdi, bilmədim
Bilmədim, bilmədim...
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net