Danma (Canlı) lyrics

by

Abbas Bağırov


[Giriş]
Sən sevdiyini danma
Dedi-qoduya inanma
Yozub-yozub, ay qız
Axırda çıxar bir əmma

[Bənd 1]
Səni ilk dəfə görəndə mən
O gündən ürəyim məst oldu, İlahi, sevgidən
Tutub sevincin əllərindən
İçib eşqin şərbətindən, sevdik səninlə mən

[Keçid]
Beləcə keçirdi hər səhər
Həsrət, intizar bir gün bizə gəldilər
Düşdü bütün yollara qara-qara kölgələr
Əbəs yerə başladı yerli-yersiz şübhələr

[Nəqərat]
Sən sevdiyini danma
Dedi-qoduya inanma
Yozub-yozub, ay qız
Axır çıxar bir əmma
Amma sən yanma

Oyan, aldanma
İnan mənə, ay qız
Yolumdan dayanma
Bir yerdə, gülüm, gedək
[Bənd 2]
Sevgi bir ömür şirin arzu
İnam olan yerdə yalanın heç yoxdur qorxusu
Tutsun həsrətin qış yuxusu
Güc alaq sədaqətdən, sevək səninlə mən

[Keçid]
Beləcə keçirdi hər səhər
Həsrət, intizar bir gün bizə gəldilər
Dönüb geri çəkilsin qara zülmət kölgələr
Ah, getsin bu dünyadan bizi üzən şübhələr

[Nəqərat]
Sən sevdiyini danma
Dedi-qoduya inanma
Yozub-yozub, ay qız
Axır çıxar bir əmma
Amma sən yanma

Oyan, aldanma
İnan mənə, ay qız
Yolumdan dayanma
Bir yerdə, bir yerdə

Gülüm, gedək
Gülüm, gedək
Gülüm, gedək
Gülüm, gedək
[Keçid]
Yenə də sevinsin arzular
Həsrət, intizar bir gün bizə gəldilər
Dönüb geri çəkilsin qara zülmət kölgələr
Ah, getsin bu dünyadan bizi üzən şübhələr

[Nəqərat]
Sən sevdiyini danma, danma
Dedi-qoduya inanma
Yozub-yozub, ay qız
... əmma
Amma sən yanma

Oyan, aldanma
İnan mənə, ay qız
Yolumdan dayanma

Gülüm, gedək
Gülüm, gedək
Gülüm, gedək
Gülüm, gedək

Gülüm, gedək
Gülüm, gedək
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net