Dumanlı Təbriz/Nə Yaman Gözəlləşmisən (Live) lyrics
by Abbas Bağırov
[Bənd 1]
Bahar dilkeş, bülbül çalır kamança
Sən də üzündən tez at pərdəni, gözəl qönçə
Bahar dilkeş, bülbül çalır kamança
Sən də üzündən tez at pərdəni, gözəl qönçə
Toy-büsat başlamışdır çəməndə
Hər gülün ləbindən bir xəndan
Saxlamışdır bir piyalə
Çəməndə hər lalə
Çox uzun deyildir bu həyat
Toru-zülfün at
Qoy gülsün eşqinlə kainat
Eşqinlə kainat
[Nəqərat]
Mən çəkərkən eşqə cəfa
Sən sürürdün onda səfa
Sən sürürdün onda səfa
Mən çəkərkən eşqə cəfa
Hər gülün ləbindən bir xəndan
Saxlamışdır bir piyalə
Çəməndə hər lalə
Çox uzun deyildir bu həyat
Toru-zülfün at
Qoy gülsün eşqinlə kainat
Ey, eşqinlə kainat
Eşqinlə kainat
Eşqinlə kainat
[Bənd 2]
Məhəbbət toxunub yanaqlarına
Gözləri qaynayan büllur çeşməsən
Məhəbbət toxunub yanaqlarına
Gözləri qaynayan büllur çeşməsən
Gəl məni qərq eylə gözəlliyinlə
Gəl məni qərq eylə gözəlliyinlə
Gülüm, sən nə yaman gözəlləşmisən
[Nəqərat]
Gül-çiçək bürüyüb bütün çölləri
Yoxsa bu çöllərdən gəlib keçmisən?!
Mən sənə könlümü açandan bəri
Gülüm, sən nə yaman gözəlləşmisən
Gül-çiçək bürüyüb bütün çölləri
Yoxsa bu çöllərdən gəlib keçmisən?!
Mən sənə könlümü açandan bəri
Gülüm, sən nə yaman gözəlləşmisən
Gülüm, sən nə yaman gözəlləşmisən
[Bənd 3]
Daranıb, bəzənib baxışlarınla
Elə bil baharı təkcə içmisən
Daranıb, bəzənib baxışlarınla
Elə bil baharı təkcə içmisən
Gözlərin yaşını kirpiklərinlə
Gözlərin yaşını kirpiklərinlə
Gülüm, sən nə yaman gözəlləşmisən
[Nəqərat]
Gül-çiçək bürüyüb bütün çölləri
Yoxsa bu çöllərdən gəlib keçmisən?!
Mən sənə könlümü açandan bəri
Gülüm, sən nə yaman gözəlləşmisən
Gül-çiçək bürüyüb bütün çölləri
Yoxsa bu çöllərdən gəlib keçmisən?!
Mən sənə könlümü açandan bəri
Gülüm, sən nə yaman gözəlləşmisən
Gülüm, sən nə yaman gözəlləşmisən
Gül-çiçək bürüyüb bütün çölləri
Yoxsa bu çöllərdən gəlib keçmisən?!
Mən sənə könlümü açandan bəri
Gülüm, sən nə yaman gözəlləşmisən
Gülüm, sən nə yaman gözəlləşmisən
Gülüm, sən nə yaman gözəlləşmisən
Gülüm, sən nə yaman gözəlləşmisən