Aləm Gözəl (Akustik) lyrics

by

Abbas Bağırov


[Bənd 1]
Gözlərinə baxıram, ürəyim qanadlanır
Əllərini tuturam, sevgimiz alovlanır

[Keçid]
Sən ulduzlar aynasısan qəlbimin sarayında
Çaylar zümzüməsisən, qanımsan damarımda

Necə də gözəl, sevib-sevilmək bu yer üzündə
Birgə qorusaq sevgimizi mələklər ilə

[Nəqərat]
Aləm gözəl, həyat gözəl
Sevənlərin gözlərində
Bu sevgimiz dastan olub əssin yellərdə

Aləm gözəl, həyat gözəl
Sevənlərin gözlərində
Bu sevgimiz dastan olub əssin yellərdə

[Bənd 2]
Sevdiyinin yanında bu dünya cənnət olur
Dərdləri unuduruq, bu həyat nağıl olur

[Keçid]
Sən ulduzlar aynasısan qəlbimin sarayında
Çaylar zümzüməsisən, qanımsan damarımda
Necə də gözəl, sevib-sevilmək bu yer üzündə
Birgə qorusaq sevgimizi mələklər ilə

[Nəqərat]
Aləm gözəl, həyat gözəl
Sevənlərin gözlərində
Bu sevgimiz dastan olub əssin yellərdə

Aləm gözəl, həyat gözəl
Sevənlərin gözlərində
Bu sevgimiz dastan olub əssin yellərdə
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net