Ay Aşıq, Təriflə lyrics

by

Abbas Bağırov


[Bənd 1]
Bağça, bağa girmişəm
Ətirli gül dərmişəm
Bağça, bağa girmişəm
Ətirli gül dərmişəm

Qohum-qardaş nə lazım?
Gəlin mən bəyənmişəm
Qohum-qardaş nə lazım?
Gəlini bəyənmişəm

[Nəqərat]
Ay aşıq, təriflə bizim gəlini
Qaynına deyək bağlasın belini
El-oba desin, bəy, toyun mübarək
Bəy sevindirsin obasını, elini

Ay aşıq, təriflə bizim gəlini
Qaynına deyək bağlasın belini
El-oba desin, ay bəy, toyun mübarək
Bəy sevindirsin obasını, elini

[Bənd 2]
Bu dərə dərin dərə
Suları sərin dərə
Bu dərə dərin dərə
Suları sərin dərə
Yardan cavab alınca
Yalvarmışam min kərə
Yardan cavab alınca
Yalvarmışam min kərə

[Nəqərat]
Ay aşıq, təriflə bizim gəlini
Qaynına deyək bağlasın belini
El-oba desin, ay bəy, toyun mübarək
Bəy sevindirsin obasını, elini

Ay aşıq, təriflə bizim gəlini
Qaynına deyək bağlasın belini
El-oba desin, bəy, toyun mübarək
Bəy sevindirsin obasını, elini

[Bənd 3]
Yetişdi toy axşamı
Durun, yandırın şamı
Yetişdi toy axşamı
Durun, yandırın şamı

Gəlinə bəzək vurun
Gəlir oğlan adamı
Gəlinə bəzək vurun
Gəlir oğlan adamı
[Nəqərat]
Ay aşıq, təriflə bizim gəlini
Qaynına deyək bağlasın belini
El-oba desin, bəy, toyun mübarək
Bəy sevindirsin obasını, elini

Ay aşıq, təriflə sən bizim gəlini
Qaynına deyək bağlasın belini
El-oba desin, bəy, toyun mübarək
Bəy sevindirsin obasını, elini
Bəy sevindirsin obasını, elini
Bəy sevindirsin obasını, elini
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net