Narin-Narin lyrics
by Zeynəb Həsəni
(Bənd)
Nə gözəl gün bu gün, təbiət könül açır
Sevgi dolu qəlbim, yenə səni danışır
Cingildəsin qulaqların, cingildəsin qulaqların
(Bənd)
Sevgim coşub daşır, sellər sular kimi
Budaqları sarıyan sarmaşıqlar kimi
Məni sara qolların, məni sara qolların
(Nəqarət)
Yadıma düşmüsən yenə narın narın
Səni xatırladır qoxusu bu baharın
Çırpınır sinəmdə o eşqin həyəcanı
Yenə də səninəm, yenə sənin yarın
(Bənd)
Çin olar arzular nə keçir qəlbindən
Qovuşunca biz yenə, gülüm sevincimdən
İslanar yanaqlarım, islanar yanaqlarım
(Bənd)
Dağlar qərib qalar, olsa duman çənsiz
Biləsən sevgilim, səndən ayrı sənsiz
Nələr çəkir bu yarın, nələr çəkir bu yarın
(Nəqarət)
Yadıma düşmüsən yenə narın narın
Səni xatırladır qoxusu bu baharın
Çırpınır sinəmdə o eşqin həyəcanı
Yenə də səninəm, yenə sənin yarın
(Bənd)
İkimizində bir arzusu var indi
Xatiri bu eşqin ax necə şirindi
Anlama o çağların, anlama o çağların
(Nəqarət)
Yadıma düşmüsən yenə narın narın
Səni xatırladır qoxusu bu baharın
Çırpınır sinəmdə o eşqin həyəcanı
Yenə də səninəm, yenə sənin yarın